Norveç millisinin futbolçusu Tarik Elyunussi “Qarabağ”ı tərk edib.
Newsport.az-ın məlumatına görə, o, tibbi baxışdan keçmək üçün yanvarın 29-da Dubayda hazırlıq prosesinə başlayacaq Yunanıstanın AİK klubunun düşərgəsinə yola düşəcək. Bildirilib ki, 29 yaşlı yarımüdafiəçi buna qədər məxsus olduğu “Olimpiakos”la müqaviləni ləğv edib.
İsveç mətbuatı yazıb ki, artıq Elyunissi il AİK bütün məsələlərdə razılığa gəlib. Futbolçu bu gün, yaxud sabah tibbi baxışdan keçdikdən sonra tərəflər müqavilə bağlayacaqlar.
Xatırladaq ki, Elyunussi “Qarabağ”a ötən yay keçsə də, bu komandanın əsas heyətinə düşə bilməmişdi.
qol.az