"Yəqin ki, milliyə buna görə çağırılmamışam" - Tərlan Quliyev MÜSAHİBƏ

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirəm "Keşlə" klubu sabah növbəti yoxlama matçına çıxacaq. Komandahazırlıq planını bu gün bir məşqlə keçirəcək. 

Milli komandanın Antalya hazırlığı üçün açıqlandğı heyətdə yer almayan "Keşlə"nin futbolçusu Tərlan Quliyev newsport.az-ın Antalyaya ezam olunmuş əmakdaşına müsahibə verib. O hazırlıq prosesindən, milliyə çağırılmamsından və yeni məşqçinin tərzindən danışıb:

Hazırlıq prosesi normal gedir. Bakıda fiziki məşqlərdən sonra burada yüngül taktiki məşqlər gedir. Doğrudu, hələ komanda yoldaşlarımla bir-birimizi yaxşı başa düşmürük. Yeni gələn oyunçular çoxdu. Amma ümumi götürsək, komanda çempionata 80-90% faiz hazır olacaq. 100% hazır olmağı bir az çətindi, yeni mövqelərə yeni oyunçular gəlib, bu baxımdan asan olmayacaq.

- Yeni gələn oyunçuların potensialı hiss olunur?

- Mənim şəxsi fikrimə görə, uyğunlaşmaq üçün çox vaxt lazımdı. Təbii ki, hər şeyi zaman göstərəcək, ancaq düşünürəm ki, yeni gələn oyunçular arasında xüsusi fərqlənən yoxdu. Ola bilsin, gələcəkdə daha çox xeyir versinlər. İndi görünən odur ki, bizim üçün çox çətin olacaq.

- Yəni yeni gələn futbolçular komandanın durumunu müsbətə doğru dəyişməyib...

- Gözləmirəm ki, komanda tam güclənəcək. Təki elə olsun, komanda yaxşı oynayarsa bizim üçün də yaxşı olar.

- Demək olarmı ki, gedənlərin yerini yeni gələn oynçular doldura bilməyib?

- Tam da elə deməzdim. Çünki gedənlərlə biz artıq 2 il idi bir yerdə oynayırdıq, Komanda da yaxşı durumda idi. Lakin bilirsiniz, bəzi söz-söhbətər oldu ki, çox təsir etdi. Bəzən maaşlar verilmədi, bəzən klub daxili məsələlər, yəni rəhbərlik çıxış yolunu bunda tapdı, 90% dəyişiklik etsin. Bizə gözləmək qalır. Görək necə olacaq.

- Yeri gəlmişkən keçmiş komanda yoldaşların Mirhüseyn Seyidov və Nizami Hacıyevin futboldan uzaqlaşdırılması məsələsinə sənin şəxsi münasibətin necədir? Onlarla əlaqə saxlayırsanmı?

- Biz hamımız təəccüb içindəydik. Mən bu söhbəti eşidəndə başa düşməmişdim. Bu söhbətdə mənim də adımı hallandıran oldu. Oturduq söhbət etdik, aydınlaşdırdıq. Kim məndən şübhələnirdisə, məsələni yoluna qoyduq. Bilirsiniz, birdən birə 9-10 nəfərdən şübhələnmək, bu, sadə məsələ deyil. Sadəcə olaraq, bir müddət keçdi, olanlar oldu. Onlarla hal-hazırda da münasibətim var. Bu məsələ haqda soruşanda hərəsi ayrı cür şərh edir, elə ona görə də, soruşmuram.

- Milli komandaya çağırılmadın. Səncə ədalətli seçimdirmi və özünün seçilməyini gözləyirdinmi?

- Əgər bir oyunçu yğmaya çağrılırsa, inanmıram ki, o artıq olsun. Hər kəs layiq olur ki, çağırılır. Özümə gəlincə isə, gözləmirdim. Ən azından yoxlama oyun idi, köhnə futbolçuardan mən də var idim. Ancaq yenə də mən ona önəm vermirəm. Yəqin nəsə olub ki, çağırılmamışam. Bir səbəb var, düşünürəm ki, digər komandalar bizdən qabaq Antalyaya gəlib, onların hazırlıq prosesi izlənilib deyə belə qərar verilib. Yəqin indi mənə ehtiyac olmayıb, gələcəkdə olacaq. Mən də gözləyirəm.

- “Keşlə”dən cəmi bir nəfər - Kamran Ağayev milliyə çağrılıb, o da yeni gəlib ”Keşlə”dən sayılmaz...

- Kamranı hamı bilir ki, ölkədə bir nömrəli qapıçıdır. O çağırıla da bilərdi, çağırılmaya da. Yəqin baş məşqçi onun potensialına şəxsən baxmaq istəyib. Bizim komandadan kimsənin çağırılmamasını mən bilmirəm, deyə bilmərəm.

- Yeni baş məşqçinin tərzi necədir, bir futbolçu kimi bəyənirsənmi, gələcəyə ümid verirmi?

- Fiziki futbola üstünlük verir. Biz 5-li müdafi sisteminə öyrəşmişik. Bu məşqçi bir qədər gücə üstünlük verir. Bu fiziki cəhətdə çox yükləməyə gətirir. Bakıda olanda səhərlər dənizdə, axşamlar da topla məşqlərimiz olur. Burda da iki məşqimiz dənizdə olub. Zaur Svanadzenin taktikası ilə çox fərqlidir.

- Fasilədə sonra “Keşlə”dən nə gözləyirsən?

- Çempionatda mübarizə davam edəcək. Əsas fikrimiz Azərbaycan Kubokunadır. Rəqib də “Sumqayıt”dır, ən azı dişimizə uyğun rəqibdir. Çalışacağıq ki, qalib gələk, kuboka yiyələnək və avrokuboklara yollanaq.

Həsənov Mərdan, Antalya





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right