“Çox yaxşı oyun alındı. Bu gün biz iddialı komanda olduğumuzu sübuta yetirdik”.
Newsport.az saytına verdiyi açıqlamada bu sözləri “Qəbələ”nin üzvü Dodo deyib.
“İnter”ə qarşı keçirdikləri oyun haqda danışan braziliyalı futbolçu, matçın baş hakimin komanda yoldaşı Kamran Ağayevi meydandan uzaqlaşdırmalı olduğunu vurğulayıb: “Ruslan Tağızadəyə qarşı edilən kobudluq zamanı hakim düzgün qərar qəbul etdi. “İnter”in futbolçusu meydandan qovulmalıydı. Eyni sözləri Kamran Ağayev haqda da demək olar. Hakimin onu meydandan uzaqlaşdıracağını düşünürdüm. Amma şükürlər olsun ki, referi fərqli qərar qəbul etdi. Halbuki Kamran meydandan uzaqlaşdırılmalıydı”.