"Oyunun çətin keçəcəyini bilirdik"

Premyer Liqanın 18-ci turunda “İnter” “Qəbələ”nin qonağı olub.

Newsport.az-ın məlumatına görə, "bankirlər"in məşqçisi Roman Cəfərov 1-1 hesabı ilə başa çatan oyun haqda bunları deyib:


"Oyunun çətin keçəcəyini bilirdik. Hazırlıq üçün vaxtımız az idi. Buna baxmayaraq, futbolçular yaxşı oynadılar. Fasilə zamanı baş məşqçi müəyyən dəyişiklik etdi. İkinci hissədə daha çox hərəkət etdik və qol vurub heç-heçəyə nail olduq. Bu oyunda Elvin Məmmədov qırmızı vərəqə aldı. Epizoda uzaq idim. Təkrara baxdıqdan sonra konkret bir söz demək olar".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right