1-ci Divizion təmsilçisi "Sabah" qış transfer pəncərəsindən yararlanaraq növbəti transferini reallaşdırıb.
Newsport.az klubun rəsmi "Facebook" səhifədinə istinadən xəbər verir ki, klub, moldovalı hücumçu Artyom Zabunla 1,5 illik müqavilə imzalayıb.
Moldovanın "Şerif" klubunun yetirməsi olan Zabun, peşəkar karyerası ərzində "Sfantul George" (Moldova), "Krumkaçı" (Belarus) klublarında da forma geyinib.
