"Qəbələ" Gürcüstana yollandı

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir.
 
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yollanıb. 

Qış hazırlıq prosesinin Qəbələdə və Bakıdakı  bölümlərini başa vuran Emin İmaməliyevin komandası yanvarın 26-dan fevralın 2-dək Tiflisdə məşq edəcək. Ötən gün qonşu ölkənin paytaxtına çatan komanda ilk məşqini də gerçəkləşdirib. Əvəzedicilər “Sabutalo” klubunun ev oyunlarını keçirdiyi “Bendela” stadionunda hazırlıq keçib. Komanda növbəti məşqinə bu gün çıxacaq. Yanvarın 28-də isə “qırmızı-qaralar” Gürcüstanda ilk yoxlama oyununu keçirəcək. Komanda 1-ci dəstədə çıxış edən “VİT-Corciya” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right