“Qəbələ” 2017-2018-ci illər mövsümünün hazırlıqlarını davam etdirir.
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə "qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsinin 6-cı gününü başa vurub. Komanda günü axşam məşqi ilə yekunlaşdırıb. Günün yeganə hazırlığı meydançada baş tutub. Roman Qriqorçukun rəhbərliyi altında məşq edən futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib.