Kamran Ağayev: "Xəcalət çəkirəm"

"Nəticə istədiyimiz kimi olmadı. Qələbə qazanmaq istəyirdik, amma alınmadı".

Bu sözləri Newsport.az-a açıqlamasında "Qəbələ"nin qapıçısı Kamran Ağayev deyib. "İnter"lə 1:1 bitən matçın 67-ci dəqiqəsində kobud səhvə yol verən Ağayev buraxdığı kuryoz qol haqda danışıb:

"Vallah, ne deyim. Belə qol buraxdığıma görə xəcalət çəkirəm".

Oyunun 76-cı dəqiqəsində "İnter"in futbolçusu Mikel Alvaronu yumruqla vuran Kamran həmin epizoda da aydınlıq gətirib. Qolkiper rəqibi vurmasıyla bağlı səslənən fikirləri təkzib edib: "Kənardan belə görünə bilər. Amma mən heçkimi vurmamışam. Burda kimisə vurmaqdan söhbət belə gedə bilməz".

Ağayeev sonda rəqibin heyətində Elvin Məmmədovun qırmızı vərəqə almasına da münasibət bildirib: "Qırmızı" idi. Hakim epizoda yaxın idi. Düzgün qərar verdi".

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right