“Bugünkü səfərimizdə əsas məqsəd qapıçıların oyununu izləmək idi.”
Bu sözləri Newsport.az-a açıqlamasında milli komandamızın qapıçılarla işləyən məşqçisi Faiq Əzizov bildirib. Faiq Əzizov sözlərinə belə davam edib:
“Hər iki qapıçının oyununu izlədim. Buraxılan hər iki qolda da qapıçıların günahı var idi. Kamran isə daha çox kobud səhvə yol verdi. Səlahət də ilk epizodda topu daha düzgün yerə çıxarsaydı, ikinci epizod yaranmayacaq, qol da olmayacaqdı.”
“Bəs bugün hansı qapıçı milli komandamıza daha çox layiqdi?” sualına isə Faiq Əzizov belə cavab verib:
“Mənim fikrimcə Səlahət daha yaxşı formadadır. Ancaq hər bir halda millimizin qapısı bütün qapıçıların üzünə açıqdır.Milli komandamızın oyununa çox var. Hansı qapıçı daha yaxşı formada olsa onu dəvət edəcəyik.”