Antalyada təlim məşq toplanışında olan U-21-lərdən ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama matçına çıxacaqlar.
Newsport.az xəbər verir ki, Rəşad Sadıqovun kollektivi Albaniyadan olan həyaşıdları ilə güclərini sınayacaqlar. Millimizin Antalyada son görüşü olan bu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Gənclər yığmamız Antalyada 3 oyun keçirib. Millimiz “Alanyaspor”un U-21 komandasına 3:1 hesabıyla qalib gəlib, Albaniyanın gənclər yığmasına 0:1 hesabıyla uduzub, Gürcüstanın U-21 komandası ilə isə 1:1 hesablı heç-heçə edib.
Yoxlama oyunu
26 yanvar
19:00 Azərbaycan (U-21) - Albaniya (U-21)