“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.
Newsport.az-ın klubum saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsinin 5-ci gününü başa vurub. Komandam günü tək məşqlə tamamlayıb.
Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında çalışan komanda günün ilk yarısında hazırlıq keçib. Məşq meydanda keçirilib. Futbolçular qruplara bölünərək məşq edib. Onlar qrup halında toplu və topsuz çalışmaları yerinə yetirib.