"Kəpəz" Cənubi Koreya klubuna qalib gəldi

Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bu gün növbəti yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisi Cənubi Koreyanın “Daejeon Citizen” klubu ilə üz-üzə gəlib. Qarşılaşma "sarı-göylər"in minimal hesablı qələbəsiylə başa çatıb.

Bu, Yunis Hüseynovun yetirmələrinin Türkiyədə 2-cı sınağı olub. “Sarı-göylər” ilk yoxlama oyununda Rumıniyanın “Vitorul” klubuyla heç-heçə edib - 1:1.

 

Yoxlama oyunu

25 yanvar

16:00 Kəpəz (Azərbaycan) - Daejeon Citizen (Cənubi Koreya) 1:0





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right