"Neftçi"dən bir günə iki məğlubiyyət

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyunlarını keçirib.

Newsport.az-ın  məlumatına görə, Tərlan Əhmədovun komandası gün ərzində keçirdiyi hər iki sınaq matçında uduzub. Əvvəlcə Rumıniya təmsilçisi “Konkordiya” ilə qarşılaşan paytaxt klubu 0:1 hesablı məğlubiyyətlə üzləşib. 

"Neftçi" günün digər matçında - Bolqarıstan “Slaviya”sı ilə görüşdə də eyni hesabla uduzub. 

Qeyd edək ki, “Neftçi” Antalya toplanışı çərçivəsində ilk yoxlama matçında “SKA-Xabarovsk”a (Rusiya) 1:8 hesabı ilə məğlub olub.

 
25 yanvar

Yoxlama oyunları


18:00. “Neftçi” – “Slaviya” (Bolqarıstan) 0:1

"Neftçi"nin start heyəti:
 Rəşad Əzizli, Anton Krivotsyuk, Ruslan Abışov (K), Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Rəhman Hacıyev, Elnur Süleymanov, Namik Ələskərov, Fransisko Qarsia, Mirabdulla Abbasov.

Ehtiyat oyunçular: Səlahət Ağayev, Fərid Abbaslı, Kirilo Petrov, İlkin Qırtımov, Elçin Əsədov, Roşdi Aşente, Emin Mahmudov, İqnasio Errera, İqor Sikorski.

12:00. “Neftçi” – “Konkordiya” (Rumıniya) 0:1 
Qol:
 Marian Kristesku, 54 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right