Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün iki yoxlama oyununda qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın yüksək liqasında çıxış edən "Şkupi" klubu ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb.
Qurban Qurbanovun komandası ikinci matçda Ukrayna Premyer Liqa təmsilçisi "Mariupol"la üz-üzə gəlib. "Qarabağ" görüş ərzində iki dəfə hesabda irəli çıxsa da, yekunda 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, ilk sınaq matçında "Kuban"la 2:2, digər görüşdə "Lexiya" (Polşa) ilə 1:1 hesablı heç-heçə edən "Qarabağ" yanvarın 29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost"la (Monteneqro) üz-üzə gələcək.
Yoxlama oyunları
18:30 "Qarabağ" (Azərbaycan) - "Mariupol" (Ukrayna) 2:3
Qol: Miçel, 58 (1:0), Totoviçkiy, 62-pen. (1:1), Dava, 71-avtoqol (2:1), Kolçov, 72 (2:2), Boryaçuk, 90 (2:3)
"Qarabağ"ın start heyəti: İbrahim Şehiç, Abbas Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerrye, Rahid Əmirquliyev, Riçard Almeyda, Mahir Mədətov, Miçel Madera, Pedro Enrike, Əfran İsmayılov
16:00 "Qarabağ" (Azərbaycan) - "Şkupi" (Makedoniya) 0:0
"Qarabağ"ın start heyəti: Anton Kanibolotski, Elvin Yuniszadə, Qara Qarayev, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Coşqun Diniyev, Əsgər Hüseynov, Tarik Elyunussi, Dani Kintana, Ramil Şeydayev