"Neftçi" futbolçusu Aqil Məmmədovla bağlı rəsmi açıqlama verib.
Newsport.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, komanda 28 yaşlı qapıçı ilə müqaviləyə, qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Qeyd edək ki, “Qəbələ”dən ayrıldıqan sonra, dekabrda "Neftçi"yə transfer olunan Aqilin yenidən "qırmızı-qaralar"a keçəcəyi bildirilir.