"Səbail" Moldova millisinin üzvünü transfer etdi

Qış transfer pəncərəsindən yararlanmağa çalışan debütant "Səbail" daha bir transferi həyata keçirib.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi Slovakiyanın "Jilina" klubunda forma geyən Yevgeni Kaçuku rənglərinə qatıb.24 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.  2015-ci ildən Moldova millisinin şərəfini qoruyan futbolçu "Səbail"də icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, "Səbail" Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Kərim Diniyev və Ruslan Əmircanovla da müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right