"Keşlə" daha bir transferlə heyətini gücləndirib

Qış transfer pəncərəsindən yararlanmağa çalışan "Keşlə" heyətini daha bir futbolçuyla gücləndirib.

 

Newsport.az xəbər verir ki, qəsəbə təmsilçisi, düşərgəsində olan yamaykalı hücumçu Andre Klennonu rəsmi olaraq sözləşmə imzalayıb. Bu haqda məlumatı futbolçunun agenti Erkin İbrahimov sosial şəbəkədəki hesabında yayıb.

 

Xatırladaq ki, Yamayka millisində 4 oyun keçirmiş 28 yaşlı hücumçunun son komandası Finlandiyanın VPS klubu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right