"Zirə" günü 2 məşqlə tamamladı

Antalyada təlim-məşq toplanışında olan “Zirə” çalışmalarını davam etdirir. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün biri səhər, digəri isə axşam olmaqla iki məşqə çıxıb. Günün ilk çalışmalarında “Zirə” əsasən texniki-taktiki hazırlıqlara üstünlük verib. “Qartallar” günün ikinci məşqində isə fərdi hazırlıqlarla kifayələnib.

Qeyd edək ki, “Zirə” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu yanvarın 27-də Rumıniyanın yüksək liqa təmsilçisi "Voluntari"yə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right