"Qrupumuz haqda qısa danışacağam. Şotlandiya illərdi mühüm yarışlara qatılnmağı hədəfləyən komandadı. İsrail güclü komandadı, amma onlarla Millətlər Liqasında tanış olacağıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri Albaniya milli komandasının kapitanı Ansi Aqolli deyib. Millətlər Liqasının C liqasında yer alan Albaniya millisinin rəqibləri bəlli olub. Komanda I qrupda Şotlandiya və İsrail ilə mübarizə aparacaq.
"Qarabağ"ın təcrübəli futbolçusu püşkü dəyərləndirib və qrupdan çıxmaq istədiklərini bildirib: "Hədəfimiz qrup lideri olmaqdı. Gücümüz var və hədəfimizə çatacağımıza əminəm".
Uzun müddətdi ölkəmizdə top qovan futbolçu Kosovo millisinin Azərbaycanla matçlarda şanslarını dəyərləndirib: "Kosovo Azərbaycana qarşı? Düşünürəm ki, Kosovo güclü qrupa düşüb. Azərbaycan milli olaraq böyüməyə çalışır. Azərbaycan millisinin əsas oyunçularının çoxu "Qarabağ"da çıxış edir və onların yaxşı kollektivi var. Bu qrupda maraqlı və balanslı bir mübarizə gedəcək".