Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər" növbəti yoxlama oyununu keçirib.
Newsport.az-ın xəbərinə görə, birinci divizion təmsilçisi yerli "Kəmərspor" klubu ilə qarşılaşıb.
Oyun "Xəzər"in aşağı liqa təmsilçisi üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Xəzər"in heyətində Ramil Həsənov dubl edib.
Qeyd edək ki, "Xəzər"in Antalyada daha 3 yoxlama oyunu nəzərdə tutulub.