Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
Newsport.az-ın məlumatına görə, 2018-ci ildə 3-cü matçına çıxacaq “qırmızı-qaralar” Makedoniyanın “Rabotniçki” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Qloriya məşq meydançalarında baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ” Antalyada daha əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1) klubları ilə görüşüb.
Yoxlama oyunu
24 yanvar
18:00. “Qəbələ” (Azərbaycan) – “Rabotniçki” (Makedoniya) - 2:1
Qol: Serjio, 39 (0:1), Asif Məmmədov, 44 (1:1), Baqali Dabo, 54 (2:1)
Qloriya məşq meydançaları
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 28. Stiven Monroz, 19. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov