"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
Newsport.az-ın klubun Facebook səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi hazırlığın on beşinci gününü tək məşqlə başa vurub.
Səhər saatlarında başlayan məşq 90 dəqiqə davam edib. Futbolçular çalışmaya fiziki təmrinlərlə başlayıb və toplu hərəkətlərlə hazırlığı yekunlaşdırıb.