U-16 Liqası: Çempionat «qış yuxusu»na getdi
«Bakcell U-17 Liqası»nın ardınca sabah U-16 Liqasında da qış fasiləsi başa çatacaq. 11 komandanın 3 dövrədə yarışdığı çempionatda 17-ci tur keçiriləcək. 10-cu pillədə qərarlaşan «Turan» bu tur istirahət edəcək. Digər 10 komandanın təşkil etdiyi cütlüklərdən «Neftçi» İK İB – «Keşlə» qarşılaşması adı birinci çəkilən komandanın Gürcüstanda olması səbəbindən təxirə salınıb. «Səbail» - «Vətən» oyunu isə bazar gününə təyin edilib.
25 yanvar
12:00 «Zirə» - «Qarabağ» (Aviasiya Akademiyasının stadionu)
13:30 «Sumqayıt» - «Neftçi» (Sumqayıt şəhəri, Kapitalbank Arena)
14:00 «Qəbələ» - «Kəpəz» (Qəbələ şəhər stadionu)
28 yanvar
14:30 «Səbail» - «Vətən» (Bayıl qəsəbə stadionu)
Cəzalı futbolçu: Zərrər Məmmədov («Kəpəz»).

Bombardirlər: Emil Quluzadə («Vətən»), Fərid Xasıyev («Turan») – 9 qol.