Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkü atılır.
Newsport.az-ın məlumatına görə, İsveçrənin Lozanna şəhərində təşkil olunan mərasim Bakı vaxtı ilə 15:00-da start götürüb.
Tədbirdə ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov və milli komandanın baş məşqçisi Qurban Qurbanov təmsil edir. Püşkün nəticələrinə əsasən milli komandamız 3-cü qrupda qərarlaşıb. Pley-offa adlamaq üçün seçməmiz Malta, Farer adaları və Kosova kollektivləri ilə mübarizə aparacaq.