"Belə fikir nə məndə, nə rəhbərlikdə olub" - Qurban Qurbanov

Azərbaycan millisinin və "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov “Region Plus” jurnalına müsahibə verib.

Newsport.az xəbər verir ki, millinin baş məşqçisi təyin edildikdən sonra Ağdam klubundan ayrılacağı haqda dolaşan xəbərlərə bağlı danışan 46 yaşlı mütəxəssis, komandadan ayrılmaq niyyətinin olmadığını bildirib:

“Qarabağ”dan ayrılmaq barədə düşünmürəm. Müqaviləmiz mayın sonuna qədər nəzərdə tutulub. Bu komanda mənim üçün çox doğmadır. Doqquz ildir “Qarabağ”dayam. Belə fikir nə məndə, nə rəhbərlikdə olub. Həmişə uzunmüddətli əməkdaşlıq barədə danışmışıq. “Qarabağ” və Azərbaycan millisi ölkə futbolunun ən məsuliyyətli yerləridir. İşim ağır olsa belə, klubdan ayrılmaq barədə fikrim yoxdur” – deyə Q.Qurbanov bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right