“Qarabağ”a yağış da mane ola bilmədi

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu geridə qalan günü iki məşqlə tamamlayıb. Günün ilk məşqi saat 11:00-da start götürüb. Futbolçular fiziki tapşırıqları yerinə yetirib.

Günün ikinci məşqi yerli vaxtla saat 17:30-da start götürüb. Səhər məşqindən fərqli olaraq, futbolçular bu hazırlıqda toplu çalışmalara üstünlük verib. Güclü yağışın yağmasına baxmayaraq, məşq 90 dəqiqə davam edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right