“Səbail”də ayrılıq baş tutub.
Newsport.az xəbər verir ki, bu haqda məlumatı klubun mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, klub, futbolçusu Murad Musayevlə yollarını ayırıb. komanda ilə oyunçu arasında qarşılıqlı razılığa əsasən, müqaviləyə vaxtından əvvəl xitam verilib. Futbolçu azad agent statusu alıb.
23 yaşlı müdafiəçi cari mövsümdə "Səbail"də cəmi 4 oyun keçirmişdi.