"Baş məşqçi çox tələbkardır" Fransisko Qarsia

"Neftçi"nin yeni transferi Fransisko Qarsia klubun televiziya kanalına müsahibə verib.

Newsport.az xəbər verir ki, 26 yaşlı paraqvaylı yarımmüdafiəçi bunları bildirib: "Təklif alandan sonra klub haqda məlumat toplamağa başladım. Öyrəndim ki, "Neftçi” köklü və ad-sanlı klubdur. Bu məni ruhlandırdı. Həmyerlim Derlis Meza Kolli ilə də söhbətləşdim. O, komanda haqda çox yaxşı sözlər dedi.

Bundan sonra "Neftçi”yə keçəcəyimə şübhəm qalmadı. Yeni komandama uyğunlaşmağa çalışıram. Baş məşqçi çox tələbkardır. Bütün böyük klublarda futbolçulardan tələb də böyük olur. Baş məşqçinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə çalışacağam. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün birlikdə əmək sərf edəcəyik. "Qato” ləqəbini mənə "Serro Portenyo”nun aşağı yaş qruplarında oynayanda fiziki hazırlıq üzrə məşqçimiz verib.

"Niyə məhz "Qato?” deyə soruşanda, o mənə gözlərimin pişik gözlərinə bənzədiyini dedi. Buna görə də məni "Qato” deyə çağırmağa başladı. O vaxtdan ləqəbim "Qato”dur. Azarkeşlər, futbolçular, ailəm – hamı mənə "Qato” deyir. Hər bir böyük klub kimi "Neftçi”nin də azarkeşləri möhtəşəmdir. Onların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Məqsədimiz kuboka sahib çıxmaqla Avropa Liqasına vəsiqə qazanmaqdır. İnanıram ki, qarşıya qoyulan məqsədlərə çata biləcəyik”.

Qeyd edək ki, "ağ-qaralar" Fransisko ilə 1 illik müqavilə imzalayıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right