"Səbail"in futbolçusu: "Mən əfsanəyəm" Müsahibə

"Səbail"in türkmənistanlı legioneri Elman Taqayev klubun "facebook" səhifəsindəki "ON SUAL" rubrikasının qonağı olub.

 

Newsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi futbola gəlişi, hobbiləri, gələcək hədəfləri barədə sualları cavablandırıb:

 

- Futbola gəlişiniz necə oldu?
- Mənim futbolçu olmağımda əsas rolu atam oynayıb. Bu, onun gerçəkləşən arzusudu deyə bilərəm. 

 

- Karyeranızda əsas oyun və ya ən yaddaqalan epizod?
- Yaddaqalan epizod çox olub. Birini seçməli olsam, “Səbail” - “Neftçi” qarşılaşmasının 90-cı dəqiqəsində vurduğum qələbə qolunu qeyd edərdim.

 

- Futbolda kumiriniz?
- Messi.

 

- Hobbi və maraqlarınız?
- Film izləməyi sevirəm.

 

- Ən sevdiyiniz film, musiqi, kitab?
- "Mən əfsanəyəm" ən sevdiyim filmdir

 

- Həyatınızın əsas qaydası?
- Hər zaman ailəmlə olmaq.

 

- İnsanlarda ən çox nəyə dəyər verirsiz?
- Ən vacib xüsusiyyət bütün situasiyalarda insani keyfiyyətləri saxlamaq bacarığıdı.

 

- Karyeranızda əsas məqsədiniz?
- Gələcəkdə həm mənim, həm də uşaqlarımın xatırlaya biləcəyi yaxşı futbolçu olmaq. Bu, o qədər də asan deyil, ancaq mənim məqsədimdi.

 

- Gənc futbolçulara məsləhətiniz?
- Öz üzərində işləmək, hər zaman məşq etmək. Biz hamımız bunlardan keçmişik və bilirik ki, öz üzərində yaxşı işləyən futbolçu məqsədinə çatacaq.

 

- Azarkeşlərə müraciətiniz?
- Onlardan həmişə dəstək gözləyirik. Oyunun nəticəsindən asılı olmayaraq, onların dəstəyi və yanımızda olmaları bizim üçün çox vacibdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right