Finlandiya klubundan ayrılan futbolçu "Keşlə"də

"Keşlə" çempionatın ikinci hisəssinin hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, qış transfer dönəmində heyətində dəyişikliklər edən paytaxt klubu növbəti transferini heyəta keçirməyə hazırlaşır. 

Belə ki, bu gün yamaykalı Andre Klennonun keçidini həll edən paytaxt təmsilçisi daha bir futbolçu ilə anlaşıb. Yuri Maksimovun rəhbərlik etdiyi komanda son mövsümü Finlandiyanın VPS klubunda çıxış edən qambiyalı Ebrima Sohna ilə anlaşıb. 

Yanvar ayının əvvəlində Finlandiya klubundan ayrılan 29 yaşlı yarımmüdafiəçi yaxın günlərdə "Keşlə" ilə münasibətlərini rəsmiləşdirəcək. O, klubla mövsümün sonuna qədər sözləşmə imzalayacaq. 

Sohna karyerası ərzində "Əl-Ərəbi", KUPS, "Vostok Oskemen", ROPS, "Sandefjord" və "Vallidan" kimi komandalarda forma geyinib. 

Qeyd edək ki, "Keşlə" Ebrima Sohnadan öncə Məqsəd İsayev, Kamran Ağayev, Pablo Podio, Herve Tçami, Nemanya Stoyanoviç, Vaqif Cavadov və Andre Klennonu transfer edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right