“Qəbələ”nin əvəzedici komandası yoxlama görüşündə qüvəssini sınayıb.
Newsport.az xəbər verir ki, 2017/18 mövsümünün ikinci yarısına hazırlığı davam etdirən “qırmızı-qaralar” Bakıda “Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Bunadək “Ağsu” (1:2) və “Şüvəlan”la (0:0) qarşılaşan əvəzedicilərin bu, ilk qələbəsidir.
Paytaxtdakı görüşdən sonra 1 günlük istirahətə buraxılan komanda yanvarın 23-də Qəbələdə bir araya gələcək. “Qırmızı-qaralar” təlim-məşq toplanışı keçirmək üçün ayın 26-da Gürcüstana yollanacaq.