"Keşlə" daha bir transfer ilə heyətini gücləndirib.
Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi yamaykalı hücumçu Andre Klennonla razılığa gəlib. 28 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Keşlə" Klennondan öncə Məqsəd İsayev, Kamran Ağayev, Pablo Podio, Herve Tçami, Nemanya Stoyanoviç və Vaqif Cavadovu transfer edib. (Qol.az)