Antalyada hazırlıqlarını davam etdirən “Qarabağ” yoxlama matçında “Lexiya” ilə qarşılaşır.
Newsport.az-ın Ağdam klubunun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Polşa təmsilçisi ilə oyun 1 dəqiqəlik sükutla başlayıb.
İştirakçı komandalar 20 yanvar şəhidlərinin xatirəsini yad ediblər. Bundan başqa, Ağdam klubu matça qara sarğı ilə çıxıb.
