Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ"ın rəsmi fanklubu olan "İmarət" Fanklubu ilin yekun tədbirini keçirib.
Newsport.az-ın məlumatına görə,İlin yekunlarına həsr olunmuş toplantıda müxtəlif çıxışlardan sonra 11 nominasiyada mükafatlandırma olub. Belə ki "Qarabağ"ın inkişafı, tanıdılması və uğurlarında rolu olan insanlar fanklub tərəfindən mükafatlandırılıb. Mükafatlandırılanlar arasında klubun baş məşqçisi Qurban Qurbanov da olub. Azarkeşlər Qurban bəyə xüsusi geyim hədiyyə ediblər və onu "XAN" elan ediblər. Diqqət çəkən məqamlardan biri də "İmarət"in Riçard Almeydaya təqdim etdiyi mükafat olub. Azarkeşlər onu "Qardaşinyo" mükafatı ilə təltif ediblər. Fotonu sosial şəbəkədə klubun tərcüməçisi Əfqan paylaşıb.