Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov yubiley oyununu keçirib.
Newsport.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı müdafiəçi ölkə çempionatında 250-ci matçına çıxıb.
Bu əlamətdar hadisə Azərbaycan Premyer Liqasının XVII tutuna təsadüf edib. “Xəzər Lənkəran”la səfər oyunu Rəşad üçün 250-ci olub. 2000/01 mövsümündə debüt edən müdafiəçi 3 klubda keçirdiyi 14 mövsümdə 250 matça 14 qol vurub.
Qeyd edək ki, R.Sadıqov Azərbaycan çempionatlarında 250 və daha çox oyun keçirən 42-ci futbolçudur.