Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Əmircanovun yeni klubu rəsmən müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, təcrübəli cinah müdafiəçisi Azərbaycan Premyer Liqasının debütantı “Səbail” ilə müqavilə imzalayıb. Bu barədə saytımıza açıqlamasında Əmircanovun özü məlumat verib. O, bildirib ki, bir müddətdir ki, düşərgəsində olduğu klubla 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, son klubu AZAL olan Əmircanov Azərbaycanda “Karvan”, “Qəbələ”, “İnter”, “Neftçi” kimi klublarda top qovub.