Rasim Ramaldanov: "Bəxtsizlikdən qollar buraxdıq"

"Qarabağ"la oyunun çətin olacağını bilirdik. Ancaq bəxtsizlikdən xalsız qaldıq. Biz "Qarabağ"dan daha çox təziq göstərirdik. Ancaq yenə deyirəm bəxtsizlikdən qollar buraxdıq".

Bu sözləri "Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanov "Qarabağ"la oyunu şərh edərkən deyib.

Cənub klubunun müdafiəçisi daha sonra sözlərinə belə davam edib:

"Biz bütün oyunlara 3 xal qazanmaq üçün çıxırıq. Sadəcə yaxşı oyun göstərib xalsız qalmaq pisdi. Düzdü ən azı heç-heçə olsaydı daha yaxşı olardı. "Qarabağ" güclü komandadır. Zəif deyil ki, senssasiya oldu kimi deyək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right