Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” İsveçrənin “Sürix” klubu ilə güclərini sınayacaqlar. Bu, Roman Qriqorçukun yetirmələrinin qış fasiləsində Antalyada keçirəcəyi ikinci oyun olacaq. Komanda ilk matçda Türkiyə Super Liqa təmsilçisi “Akhisar Bələdiyyəspor”la heç-heçə edib - 1:1.
Qeyd edək ki, “Kaya Bələk” otelinin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Yoxlama oyunu
17 yanvar
16:30 Qəbələ (Azərbaycan) - Sürix (İsveçrə)