"Neftçi” heyətini yeni bir futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, "ağ-qaralar" paraqvaylı yarımmüdafiəçi Fransisko Xavier Qarsiya ilə bir illik müqavilə bağlayıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın "Serro Portenyo”, "İndependiente”, "Sportivo Lukeno”, "Deportivo Kapiata”, "Nasional” və Kolumbiyanın "Atletiko Huila” klublarında çıxış edib.