Yanvarın 5-dən Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirəcək.
Newsport.az-ın məlumatına görə, Roman Qriqorçukun komandasının ikinci görüşdə rəqib İsveçrə təmsilçisi “Sürix” olacaq.
Bu komandalar arasında 2 il əvvəl baş tutan yoldaşlıq matçı “Qəbələ”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, ilk matçda “Qəbələ” “Akhisar Belediyyespor”la 1:1-lik bərabərliyə nail olub.
Yoxlama görüşü
“Qəbələ” (Azərbaycan) - “Sürix” (İsveçrə) - 0:1
“Kaya Bələk” otelinin meydançası