"Bütün komanda yaxşı oynadı" - Rəşad Sadıqov

Azərbaycan U-21 millisi Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda “Alanyaspor”dan güclü oldu - 3:1.

Newsport.az-ın məlumatına görə, yığmanın baş məşqçisi postunda debüt matçını keçirən Rəşad Sadıqov görüşdən sonra “FutbolPress”ə danışdı.

O, bütün komandadan razı qaldığını söylədi:

“Məşqlərdə hazırlaşdığımız şeyləri oyunda eləməyə çalışırdıq. Məni sevindirən hal bu idi. Nəsə alınırdı, nəsə yox, texniki səhvlər olurdu – bunları normal qəbul etməliyik. Nadir hallarda olan şeydi ki, demək olar bütün futbolçulardan razı qaldım. Hamısı özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Yalnız belə olan halda inkişaf edə bilərik. İş, iş, iş... Uşaqların fikri yalnız bunda olmalıdı. Məşq eləməli, oyunumuzu sürətləndirməliyik. Belə olarsa, futbolumuz inkişaf edəcək və əsas milli, klublarımız üçün futbolçularımız yetişəcək”.

Yeni baş məşqçi əlində olan materialdan razı qaldığını və bu heyətdən yaxşı futbolçular yetişəcəyinə inanır:

“Əlimizdə olan materialdan çox razıyam. Bu yaş qrupu çox tənqid olunub. Amma mən o tənqidlərlə qətiyyən razı deyiləm. Bəlkə də, qarşıdakı oyunlarda məğlub olacağıq, amma uşaqlarla işləyirik. Bunu davam etdirmək lazımdı. Onlara inanmalı, etimad göstərməliyik. Bu uşaqlardan yaxşı futbolçular yetişə bilər. Hələ kənarda da 7-8 futbolçumuz da var. Hər birinə inanırıq”.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right