Ozan Can Kökcünün klubu, sözündən döndü

Ozan Can Kökcü U-21-lərdən ibarət Azərbaycan yığmasının toplaşacağı təlim-məşq toplanışında iştirak etməyəcək.

Newsport.az xəbər ki, Türkiyənin Antalya şəhərində təşkil olunacaq toplanışa qatılması üçün öncədən klubu "Valveyk"lə razılıq əldə olunsa da, klub rəhbərliyi hazırda gənc oyunçunu buraxmaq niyyətində deyil. Belə ki, yanvarın 12-dən çempionatın ikinci dövrəsinin başlanmasını əsas gətirən Hollandiya təmsilçisinin rəhbərliyi, Özan Can Kökcünün yığmanın toplanışına qatılmasına icazə verməyib.

Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu U-21 yığmamız, yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət milli komandası ilə yoxlama oyunları keçirəcək. Yanvarın 16-da isə millimizin rəqibi Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right