"Neftçi"nin sonuncu rəqibi müəyyənləşib

"Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.

 

Newsport.az xəbər verir ki, Bakı təmsilçisi yanvarın 30-da Makedoniyanın "Sileks” klubu ilə qarşılaşacaq. Belə ki, "Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.


Qeyd edək ki, "Neftçi” "Keşlə” klubu ilə hazırlıq matçına çıxacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right