"Sumqayıt" ikinci dövrənin hazırlıqlarını davam etdirir

İnkinci mərhələnin hazırlıqlarına start verən  "Sumqayıt" baş məşqçi Samir Abasovun rəhbərliyi altında hazırlıqlarını davam etdirir.

Newsport.az xəbər verir ki, dünən 2 məşq keçən komanda, bu gün saat 14:00-da start götürən 1,2 saatlıq məşq prosesi ilə günə yekun vurub. Hazırlıq prosesində daha çox toplu çalışmalara üstünlük verən komanda, müxtəlif taktiki gedişlər üzərində işləyib.

Qeyd edək ki, "Sumqayıt" hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu yanvarın 15-də "Kapital Bank Arena"da 1-ci liqa təmsilçisi "Qaradağ Lökbatan"a qarşı keçirəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right