Bu gün Azərbaycan Radiosunda “İdman” radiojurnalı verilişində İlkin Babanın qonağı “Sumqayıt”ın baş meneceri, akademiyanın rəhbəri Ceyhun Sultanov Nicat Muxtarovun həbs olunduğu müddətdə klubun ünvanına səslənən ittihamlara cavab verib:
“Haradan bilirlər ki, biz Nicat Muxtarovun yanında olmamışıq? Bizim futbolçu cinayət məsuliyyətinə cəlb olunub. Biz necə açıqlama verə bilərik? Kim evində oğlu nəsə edəndə onu üzə çıxarmağa çalışır? Biz daim Nicat Muxtarovun yanında olmuşuq, dəstək göstərmişik. Dekabr ayının sonunda onunla görüşüb, müqaviləyə qarşılıqlı şəkildə xitam vermişik. Baş məşqçi onunla çalışmaq istəmədi”.
Aparıcının “Sumqayıt”ın Nicat Muxtarov özü cəriməsini ödəsin” açıqlamasını xatırlatmasına isə baş menecer belə reaksiya verib:
“Futbolda belə bir qayda, sanksiya, kodeks var ki, əgər futbolçu oyun qaydalarına zidd oluan yerdə qırmızı vərəqə alırsa, cəriməni özü ödəyir. Bunu ərti olaraq etmişik. Bu gün Nicat Muxtarov cəriməni ödəməyib. Biz ödəyəcəyik, bizim boynumuzdadır”.