"Aqressivlik futbolun bir hissəsidir" - Ansi Aqolli

"Oyun gözlədiyimizdən də çətin  keçdi. Hər iki komanda qələbə üçün meydana çıxmışdı. Sevindirici haldır ki, sonda qalib gələn biz olduq.Burda olmaqdan məmnunam".

Bu sözləri Newsport.az-a "Qarabağ"ın futbolçusu Ansi Aqolli Azərbaycan Premyer Liqasının 17-cu turunda "Xəzər Lənkəran"a qalib gəldikləri oyunu (3:2) şərh edərkən deyib.

O, matç zamanı aqressiv olmasının səbəbi barədə də danışıb: "Bu haqda bir söz deməyə ehtiyac yoxdur. Aqressivlik futbolun bir hissəsidir".

“İnter”lə Avroliqadakı oyunu unutduqlarını vurğulayan Aqolli bütün diqqəti ölkə çempionatına yönəltdiklərini deyib:

"Çünki biz bu oyunlarda yaxşı nəticələr qazanmalıyıq ki, gələcəkdə uğurlarımızın davamı olsun. İnanıram ki,"Xəzər Lənkəran" üzərində qələbə ilə   komandada ruh yüksəkliyi artacaq".

Aqolli "Sumqayıt"a qarşı Azərbaycan Premyer Liqasının növbəti turunda keçirəcəkləri oyun haqda da fikirlərini bölüşüb:

"Bizim üçün asan matç yoxdur. İstənilən rəqibə hörmətlə yanaşırıq.Bütün qarşılaşmalarda meydana qalib gəlmək üçün çıxırıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right