Paytax təmsilçisi "Keşlə" mövsümün ikinci yarısı üçün hazırlıqları davam etdirir.
Newsport.az xəbər verir ki, onlar bu gün ilk yoxlama görüşünə çıxıblar. Belə ki, "İsmət Qayıbov" adına şəhər stadionunda 1-ci Divizion klubu "Qarabad Lökbatan"la qarşılaşan keşləlilər 3-1 hesablı qələbəyə seviniblər.
"Keşlə" - "Qaradağ Lökbatan" - 3:1
Qollar: Pərdis Fərcad-Azad, 40, Əlibəy Məmmədli, 65 (pen.) (2:1), Məqsəd İsayev, 87 - Emin Mustafayev, 60
İsmət Qayıbov adına stadion