Dino Ndlovunun yeni klubu ilə müqaviləsinin detalları açıqlanıb

“Qarabağ”ın hücumçusu Dino Ndlovu Çinin birinci liqa klubu “Hançjou Qrintaun” komandasına transfer olub.

Newsport.az xəbər verir ki, 27 yaşlı hücumçunun yeni klubu ilə müqaviləsinin detalları açıqlanıb. Cənubi Afrika mətbuatının yaydığı məlumata görə, Dino yeni komandası ilə 2 illik müqavilə bağlayıb. “Qarabağ” isə  bu keçiddən 675 min funt-sterlinq təzminat alıb.

 

CAR millisinin üzvü olan Ndlovu 2016-cı ildən “Qarabağ”ın şərəfini qoruyurdu.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right