Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirməyi düşünür.
Newsport.az xəbər verir ki, komanda ilk sınaqda “Akhisar Bələdiyyəspor”la qarşılaşıb və görüş 1-1 hesablı bərabərliklə yekunlaşıb. Bu qarşılaşmada "qırmızı-qaralar" bir neçə oyunçunu sınaqdan keçiriblər ki, onlardan biri də Kayke Vercilio da Silva olub. O, "Qəbələ"nin baxışa çağırdığı futbolçulardandı.Futbolçu təlim-məşq toplanışında və sınaq matçlarında özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, komanda onunla müqavilə imzalayacaq.
Qeyd edək ki, 21 yaşlı braziliyalı hücumçu son olaraq Braziliyanın “Santos” klubunun formasını geyinib.