"Qəbələ" heyətini gücləndirir?

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirməyi düşünür.

Newsport.az xəbər verir ki, komanda ilk sınaqda “Akhisar Bələdiyyəspor”la qarşılaşıb və görüş 1-1 hesablı bərabərliklə yekunlaşıb. Bu qarşılaşmada "qırmızı-qaralar" bir neçə oyunçunu sınaqdan keçiriblər ki, onlardan biri də  Kayke Vercilio da Silva olub. O, "Qəbələ"nin  baxışa çağırdığı futbolçulardandı.Futbolçu təlim-məşq toplanışında və sınaq matçlarında özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, komanda onunla müqavilə imzalayacaq.

Qeyd edək ki, 21 yaşlı braziliyalı hücumçu son olaraq Braziliyanın “Santos” klubunun formasını geyinib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right